Xocavənddə ermənilərin atıb qaçdıqları silah-sursat aşkarlandı - FOTO

Xocavənddə ermənilərin atıb qaçdıqları silah-sursat aşkarlandı - FOTO

Hazırda oxunan: Xocavənddə ermənilərin atıb qaçdıqları silah-sursat aşkarlandı - FOTO
0:00
0:00
50140
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri tədbirlər yerinə yetirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat toplanıb.

Ötən bir ilə yaxın müddət ərzində Laçın RPŞ-nin əməkdaşları tərəfindən 13 pulemyot, 3 avtomat, 3 tüfəng, 3 qumbaraatan, 30 əl qumbarası, 1 “Muxa”, 1 “İqla”, 1 minaatan qurğusu, 80 qumbaratan mərmisi, 93 sandıq, 13200 müxtəlif çaplı patronlar, 105 tank və piyada əleyhinə mina və 6 digər partlayıcı vasitə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO