Təhsil tələbə kreditləri üçün müraciətlər başlanıldı – CANLI YAYIM

Hazırda oxunan: Təhsil tələbə kreditləri üçün müraciətlər başlanıldı – CANLI YAYIM

47619

“Dövlət daim təhsilə maraq göstərir. Təhsil tələbə krediti sisteminin istifadəyə verilməsi də bunun bariz göstəricisidir”.

Bizim.Media xəbər verir ki, bunu təhsil tələbə kreditlərinə müraciətlərin başlanılması ilə bağlı brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib.

"TTK ilk dəfə 1960-cı ildə dünyada tətbiq olunub. Hazırda 60 ölkə bu sistemdən istifadə edir. Hər bir ölkədə fərqli qaydada həyata keçirilir, amma ümumi tələblər də mövcuddur.

Bütün ölkələrdə bu sistem dövlət tərəfindən subsidiyalaşdırılır. Uzunmüddətli kretid növüdür və aşağı faizlə verilir. Təhsil göstəricilərini stimullaşdırır. Kreditlər tələbəyə deyil, birbaşa təhsil müəssisəsinə köçürülür və sığortalanır. Məqsədlərdən biri təhsilin əhatə dairəsini genişləndirməkdir.

Yüksək bal toplayan bəzi tələbələr təhsil haqqı yüksək olduğu üçün qeydiyyata düşmür, bəziləri təhsillərini yarımçıq qoyurlar. 

Bu sistem təhsilə əlçatanlığın təmin edilməsinə xidmət edir”, deyə İdris İsayev qeyd edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO