Əli Həsənovun 100 günü... PA-nın keçmiş şöbə müdiri və oğlu hardadır? 

Hazırda oxunan: Əli Həsənovun 100 günü... PA-nın keçmiş şöbə müdiri və oğlu hardadır? 

4751

Əli Həsənovun müalicəsi qurtarmadı? Onun oğlu Şamxal Həsənlinin Kolumbiya universitetində təcili təhsili nəylə bağlıdır?

44 günlük müharibə dövründə və ondan sonra sosial şəbəkə istifadəçilərini ən çox maraqlandıran suallardan biri də keçmiş məmurların bu hadisələrə biganə qalması oldu. Vaxtilə hər addımda özlərini və “xidmətlərini” reklam edən şəxslərdən niyə səs çıxmır, onlar hardadır deyə, ictimaiyyət sual edir.

Hamını maraqlandıran suallardan biri də Prezident administrasiyanın keçmiş şöbə müdiri Əli Həsənov və onun oğlu Şamxal Həsənli haqqındadır.

Adıçəkilən şəxslər ilə əlaqə saxlaya bilməsək də onların sosial şəbəkə hesablarına və bəzi paylaşımlarına diqqət yetirdik.

Əli Həsənovun rəsmi facebook səhifəsinə baxanda 44 günlük müharibə haqqında bəzi paylaşımları görmək olar. Lakin diqqətimizi çəkən Əli Həsənovun sentyabrın 1-də öz facebook səhifəsində bölüşdüyü statusdur. Mətndə haqqında qaldırılan cinayət işinə münasibət bildirən Əli Həsənov yazısının sonunda 5-10 günə Azərbaycana qayıdacağını yazıb.



Lakin PA-nın sabiq şöbə müdirinin söz verdiyi tarixdən 100 gün keçib.

Xatırladaq ki, araşdırmalar nəticəsində Əli Həsənovun Bakının 7 ərazisində müxtəlif yaşayış komplekslərinin olduğu ortaya çıxmışdır. Bundan əlavə keçmiş məmur paytaxtın 8 müxtəlif ərazisində otel və obyektlərin sahibi olub. Restoranları, qohumlarının adına keçirdiyi mənzillər, villalar, zavod, ferma və gecə klublarının da siyahısı açıqlanıb.

Bu siyahı açıqlanmazdan bir az əvvəl isə Əli Həsənov səhhəti ilə bağlı Türkiyəyə səfər etmişdi. Bəzi xəbərlərə görə, onun oğlu Şamxal Həsənli də ölkəni tərk edib. Həm də 44 günlük Vətən müharibəmiz başlar-başlamaz. Xəzər TV-nin keçmiş direktoru Kolumbiyada təhsil adı ilə ölkədən çıxıb.




Ümumiyyətlə, Şamxal Həsənlinin facebook səhifəsinə baxdıq ki, görək torpaqlarımızın erməni işğalından azad olunması ilə bağlı o nə düşünür?! Rastlaşdığımız isə iyun ayının 23-ü Şamxalının yenilədiyi profil şəkili idi. Yəni, döyüş meydanında olmaq, Müdafiə fonduna müəyyən yardımlar etmək bir yana, Əli Həsənovun oğlu heç informasiya savaşında da iştirak etməyib.

Əldə etdiyimiz məlumata görə, Əli Həsənov öz adına olan bütün daşınmaz əmlakı (yaşayış kompleksləri, avtoyuma məntəqələri və ofis mərkəzləri) satışa çıxarıb. Sabiq məmurun mülklərinin satış işini isə Nərimanov rayon İcra hakimiyyətinin məsul əməkdaşları həyata keçirir.

Daha əvvəl də yayılan məlumatlara görə, Əli Həsənovun Türkiyədə terror təşkilatı kimi tanınan FETO-çular ilə iş birliyində olub

Əli Həsənovun fəaliyyətinin əsl mahiyyətini açan digər informasiya isə ifrat tənqidi mövqeyi ilə tanınan Qurban Məmmədovla birgə fəaliyyətdə olmasıdır.

Növbəti yazımızın sualı isə, Əli Həsənovun ən yaxın adamlarından olan Vüqar Səfərliyə olacaq.

KİVDF-nin sabiq rəhbəri 44 günlük savaş dönəmində Azərbaycana nə kimi dəstək göstərib? Keçmişdə olsa qazet redaktoru olan, özünü media nümayəndəsi sayan Vüqar müəllim, Azərbaycan həqiqətlərini əks etdirən, ermənilərə qarşı hər-hansı bir çıxış, yazı dərc etdiribmi? Onun hansısa beynəlxalq media strukturunda erməni propoqandalarına qarşı fəaliyyəti olubmu?

Qarşı tərəfin mövgeyini də dərc etməyə hazırıq.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO