“Tahir Kərimlinin hünəri varsa, o sözləri mənim üzümə desin”

“Tahir Kərimlinin hünəri varsa, o sözləri mənim üzümə desin”

Hazırda oxunan: “Tahir Kərimlinin hünəri varsa, o sözləri mənim üzümə desin”

46488
“Tahir Kərimlinin hünəri varsa, o sözləri mənim üzümə desin”. 

Bu sözləri Moderator.az-a açıqlamasında Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev Vəhdət Partiyasının sədri Tahir Kərimlinin “Elçibəy istəklərimizin hamısının əksinə getdi və özü də bizimlə məsləhətləşmədən Heydər Əliyevi xilaskar kimi hakimiyyətə gətirdi. Elçibəy xalqımı, bizi bədbəxt günə qoydu” kimi fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hər kəsə tribuna verəndə ağzına gələni danışır: 
“Əbülfəz Elçibəy nə edibsə, əcəb edib. Nə üçün o deyir ki, Əbülfəz Elçibəy xalqı bədbəxt günə qoydu? Axı xalq kef edir indi. Şəhərdə maşın əlindən gəzmək mümkün deyil. Xalq toxdur. Hakimiyyətə işləyən adam bu gün Heydər Əliyevi hakimiyyətə gətirməkdə Əbülfəz Elçibəyi necə ittiham edə bilər? Tahir Kərimlinin nə sözü varsa, mənə desin və mənimlə danışsın”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO