Köhnə binalarda balkon paradoksu – Küçəyə və həyətə baxanları kim TƏMİR ETMƏLİDİR?

Köhnə binalarda balkon paradoksu – Küçəyə və həyətə baxanları kim TƏMİR ETMƏLİDİR?

Hazırda oxunan: Köhnə binalarda balkon paradoksu – Küçəyə və həyətə baxanları kim TƏMİR ETMƏLİDİR?

639222

Ölkənin iri şəhərlərində, xüsusən də Bakı və Sumqayıtda abadlıq işləri aparıldıqca əsas küçələrə və prospektlərə baxan köhnə binaların fasadları, o cümlədən balkonları da yenilənir. Lakin məhəllə daxilinə, daha dərin ərazilərə baxan hissələrində vəziyyət başqadır. Buradakı balkonların bir qismi illərdir təmir olunmadan qalır, bəziləri isə mənzil sahiblərinin şəxsi təşəbbüsü ilə yenilənir. Nəticədə eyni binada fərqli rəngdə və formada balkonlar yaranır, binanın ümumi görünüşü isə pozulur.

Əslində bu binaları kim təmir etməlidir?  Balkon mənzil sahibinin şəxsi əmlakı hesab olunur, yoxsa binanın ümumi konstruksiyasının bir hissəsidir?

Aydındır ki, binanın ümumi memarlıq görünüşünün qorunması, şəhərin səliqəsinə xələl gəlməməsi üçün əsas prospekt və küçələrə baxan binaların balkonları tənir edilir. Xüsusən də bu il Şəhərsalma və Memarlıq ili oldu ğuna görə, illərdir baxımsız qalmış balkonlar da nəhayət “gün gördü”.
 

Neçə-neçə balkonlar dövlət büdcəsi hesabına təmir edildi, bəziləri hətta daha da genişləndirildi. Buradan belə qənaətə gəlmək olar ki, balkon binanın bir hissəsi sayılır, o zaman daxili həyətə baxan binalarda bu məntiqlə “bayram etməli” idi. Əks halda abadlıqdan çox üstü bəzək, altı təzək prinsipi ilə ört-basdır etməkdir.


Mənzil Məcəlləsi Maddə 35.1.ə görə, ümumi istifadədə olan hissələr mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi çoxmənzilli binanın ümumi əmlakı sayılır.

Vətəndaş onu şəxsi hesabına düzəldə bilməz, bu daha çox qonşuların ümumi təşəbbüsü ilə ərsəyə gəlməlidir. Amma konkret balkonun tam olaraq vətəndaşa aid olmasına gəlincə isə, evin bir hissəsi olaraq daxildən mülkiyyətçiyə aiddir. Amma söhbət binanın fasadının bir hissəsi olan balkondan gedirsə, o, tam olaraq şəxsi əmlak sayılmır, ona görə də küçəyə baxan balkonlar təmir olunur.

Həyətə baxan balkonlar isə vətəndaşın öz hesabına qalırsa, həmin balkonun hansı hissələrinin konkret təmir proqramına salınması aidiyyatı qurumlar tərəfindən müəyyənləşdirilməlidir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO