ABŞ konqresmenləri Milli Şura rəhbərliyi ilə görüşüb

ABŞ konqresmenləri Milli Şura rəhbərliyi ilə görüşüb

Hazırda oxunan: ABŞ konqresmenləri Milli Şura rəhbərliyi ilə görüşüb

44762
Aprelin 20-də Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Cəmil Həsənli və Əli Kərimli qurumun adından ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri, konqresmen Ed Roys və onu müşayiət edən konqresmenlərlə görüşüblər. 

Bu barədə AXCP mətbuat xidməti partiya sədri Əli Kərimliyə istinadən məlumat yayıb. Məlumatda deyilir ki, görüşdə iki ölkə arasındakı qarşılıqlı əməkdaşlığın formaları və inkişaf perspektivləri, Azərbaycandakı ictimai-siyasi vəziyyət, Ukraynada baş verən hadisələr və onun Azərbaycana təsiri, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə olan təhdidlər, habelə siyasi məhbuslar və siyasi pülüralizm məsələləri müzakirə edilib. 
Görüş qarşlıqlı faydalı qiymətləndirilib. (azadliq.info)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO