Qubada şəhidlərin xatirəsi ANILDI - FOTO

Hazırda oxunan: Qubada şəhidlərin xatirəsi ANILDI - FOTO

42902

Bu gün Qubada Vətən Müharibəsinin iki qorxmaz şəhidi Əli Bəxtiyar oğlu İbrahimovunÜlvi Vüqar oğlu Məmmədovun şəhadətə yüksəlmələrinin il mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə Quba -Bakı yolunun İqriq kəndindən keçən hissəsində ucaldılmış möhtəşəm Əli şəhid bulağının açılış mərasimi olub.

Quba İH başçısı Ziyəddin Əliyev, DTX-nin rayon şöbəsinin rəisi, digər hüquq-mühafizə orqanlarının, ih-nin məsul şəxsləri, keçmiş döyüşçülər, hərbçilər Əli İbrahimovun xatirə bulağına baxış keçirib.

Ziyəddin Əliyev Qubanın tarixi qələbənin qazanılmasında xüsusi rolu olan Quba şəhidlərinin ən gənc şəhidi 18 yaşında Vətən yolunda şəhid olmuş Əli İbrahimovun həyat yolunun gənclərə gözəl örnək olduğunu söyləyib.

Bildirib ki, Vətən savaşı başlayanda qorxu bilmədən irəli atılan Əlinin qısa, amma mənalı həyatı çox qürurvericidir və belə bir igidlə fəxr etməyə dəyər.

Sonra şəhid Əli İbrahimovun Qırmızı Qəsəbədə yaşayan ailəsi ziyarət olunub, ailəsinə başsağlığı verilib. Qırmızı Qəsəbədə etnik tərkibli 1 saylı orta məktəbi bitirən Əli İbrahimov vəfatından sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Cəsur döyüşçü", "Vətən uğrunda"və "Suqovuşanın azad olunmasına görə"medalları ilə təltif edilib.

Daha sonra Qubanın 4 medallı şəhidi Ülvi Vüqar oğlu Məmmədov anılıb.

Quba İH başçısı Ziyəddin Əliyev və diğər qonaqlar igid Ülvinin Alekseyevka kəndindəki yaşadığı evin qarşısındakı Xatirə bulağına baş çəkib, ailə üzvlərilə görüşüb. Ziyəddin Əliyev Ülvinin öz şücaətləri ilə adını doğrultduğunu, Ülvi şəhidlik zirvəsinə ucalığını qeyd edib və Vətən Müharibəsində belə oğulların qorxmazlığı və Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin uzaqgörənliyi sayəsində möhtəşəm qələbəyə imza atıldığını deyib.
 

24 yaşlı Ülvi Məmmədov Vətən Müharibəsi başlayanda könüllü olaraq səfərbərlik xəttilə cəbhəyə yollanıb.


Cəbrayıl, Xocavənd və Füzuli uğrunda  gedən döyüşlərdə iştirak edən Ülvi subay idi. Onun cəbhə  xidmətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə qiymətləndirilib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO