Ermənilərin torpağlarımızı işğal etməsindən sonra öz doğma yurd-yuvasından 20 ildən artıq müdəttdir ki,didərgin düşən Kəlbəcərli məcburi köçkünləri respubilkamızın müxtəlif rayon, qəsəbə və kəndlərində məskunlaşıblar Moderator.az-a Kəlbəcər rayonundan məcburi köçkün düşmüş Gəncə şəhər Gil-torpaq kombinatının yataqxansında məskunlaşmış 20 ailə prezident İlham Əliyevə müraciət edib.
Müraciətdə deyilir:
“Hörmətli Prezident! Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər, bu kateqoriyadan olan soydaşlarımızın hər zaman prezident kimi diqqətinizdə olması bizi məmmun edir. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür.Ölkə başçısı kimi yürütdüyünüz siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, ölkədə çadır şəhərcikləri ləğv edilmiş, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşdür. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilmiş, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Respublikanın bir çox yerlərində salınan bu qəsəbələr bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Bunu müvafiq sərəncamınız ilə məcburi köçkün ailələri üçün Gəncədə salınan yeni şəhərcikdə yaradılan şərait də təsdiqləyir.
Hörmətli prezident, 20 ildir ki, Kəlbəcər rayonundan məcburi köçkün kimi Gəncə şəhər Gil-torpaq kombinatının yataqxansında 20 ailə məskunlaşmışıq.Məcburi köçkünlər kimi biz də 20 ildir ki, ağır, dözülməz şəraitdə yaşamışıq.Köçkünlüyün ağır illərində himayəmizdə olan 5-6 yaşlı övladlarımız artıq böyüyüb onlarla bir otaqlı yataqxanalarda zorən yaşamağa məhkumuq. Yurd-yuvasını itirmiş, mənəvi və maddi zərbələr almış bu insanların acınacaqlı taleyi, acınacaqlı durumu, onların sosial problemlərinin həlli daim diqqət göstərdiyiniz sahələrdən olub. Mərhum prezident Heydər Əliyev də, bunu özünün bir nömrəli problemi adlandırır və həmişə torpaqlarından didərgin düşən bu insanların həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi qayğı ilə yanaşırdı. Heydər Əliyev dəfələrlə məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərçiklərində olmuş, onların ğayğı və problemləri ilə tanış olmuşdur. Bizim problemlərimiz hər zaman sizin də diqqətinizdə olub. Belə ki, Gəncə şəhərində 1500 ailə üçün nəzərdə tutulan 5 mərtəbəli 25 bina inşa edilib. Hal-hazırda həmin binalara Gəncədəki tələbə yataqxanalarından, eləcə də boşaldılması vacib olan inzibati binalardan əsasən Kəlbəcərdən olan məcburi köçkünlərin çıxarılması prosesinə başlanılıb.Amma məcburi köçkünlərin yeni salınan massivdə 3 bina hələ də boş olaraq qalır. Müxtəlif rayonların kənd və qəsəbələri ərazisində məskunlaşan tanıdığımız Kəlbəcər, Ağdam və Şuşa köçkünlərinə Gəncə şəhərində yaşamadıqları halda onlara yeni salınan köçkün şəhərciyində evlər verilib. Sizdən xahiş edirik ki, biz məcburi köçkün ailələrinin vəziyyətini nəzərə alıb Gəncədə yeni salınan şəhərcikdə evlə təmin edilməsinə köməklik edəsiniz”.





































































































