
- A-
- A
- A+
Cəmiyyət
10:25 / 26.02.2014
2 dəq oxunma
Azərbaycan səmasında “Tayfun” nağılı...
Hazırda oxunan: Azərbaycan səmasında “Tayfun” nağılı...
42289
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, polkovnik-leytenant Üzeyir Cəfərov ölkə mətbuatına guya İngiltərənin məhşur “Tayfun” qırıcı təyyarələrini almağa hazırlaşdığımızla bağlı sızdırılan informasiyanı Moderator.az-a açıqlamasında yalanlayıb və maraqlı qüvvələrin hiyləgər gedişi olduğunu söyləyib:
“Qulaq gündə bir söz eşitməzsə, kar olar. İndi də dünyanın ən müasir döyüş təyyarələrindən birini istehsal edən şirkətin guya Azərbaycanla hansısa sövdələşmə üçün danışıqlar apardığı haqqında bəzi maraqlı qüvvələr dövriyyəyə məlumat buraxıblar. Əslində, bu yaxşı xəbərdir. Əgər burda reallığa yaxın olan hansısa konturları görmək mümkün olsaydı. Bütün bu məlumatların yayılmasında məqsəd isə dünyanın ən güclü qırıcı təyyarələrindən hesab edilən “Eurofighter Typhoon” (qısaca “Tayfun”) təyyarələrinin daha bir reklamına nail olmaq, onların mümkün alıcılarının sayını artırmaqdır. Hətta bu xəbərin tirajlanmasına Britaniyanın məşhur “The Telegraph” qəzetini də cəlb edə biliblər. Necə deyərlər, maraqlar o qədər güclüdür ki, niyə də bu cür iştahada olan pullu insanlar ictimai diqqəti bir daha özlərinə cəlb etməyə çalışmasınlar?
İndi də guya Azərbaycanın Britaniyadan “Tayfun” qırıcılarını almaqla bağlı xəbərlərlə bizi yenidən millitarist əhval-ruhlu bir ölkə kimi təqdim etməyə cəhd göstərilir. Və hətta artıq bu yöndə ölkəmizlə hansısa sövdələşmə üçün danışıqların aparıldığı da iddia olunur. Bəri başdan deyirəm ki, bu yaxın perspektivdə reallaşması mümkün olmayan bir xülyadır. Bu qırıcıları “BAE Systems” şirkəti istehsal edir. Onların isə ölkəmizlə hər hansı əlaqələrinin olması və ya bu istiqamətdə işlərin görülməsi ilə bağlı heç bir nə rəsmi, nə də şifahi anlaşma, danışıq olmayıb. Yeganə olan odur ki, bizim ölkəmiz bu tip qırıcılarla tamam başqa bir Şərq ölkəsində maraqlanması olub. Bu da sadəcə həmin döyüş maşınının dördüncü nəsil çoxməqsədli döyüş təyyarəsi olması ilə əlaqədardır. Öz texniki-taktiki göstəricilərinə görə olduqca unikal təyyarə hesab olunan “Eurofighter Typhoon” “stels” texnologiyası əsasında hazırlanmasa da radara yaxalanması ehtimalı olduqca azdır.Bu gün dünyanın ən güclü döyüş təyyarələrindən biri olan “Eurofighter Typhoon” Britaniya, Almaniya, İtaliya və İspaniyanın Hərbi-Hava Qüvvələrinin arsenalında var. Bizim ölkəmizin isə Hərbi-Hava Qüvvələri hələlik Rusiya istehsalı olan “MiQ” və “SU” tipli təyyarələrlə təchiz olunub. Ola bilsin ki nə vaxtsa bu tip hava döyüş texnikası digərləri ilə əvəz olunsun. Hələliksə bununla bağlı heç bir rəsmi müraciət olmayıb və belə bir niyyət də məncə yoxdur.”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən
































































































