Şəhid Əfqan Həmzəyev dəfn olundu - VİDEO

Şəhid Əfqan Həmzəyev dəfn olundu - VİDEO

Hazırda oxunan: Şəhid Əfqan Həmzəyev dəfn olundu - VİDEO
41696
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əfqan Həmzəyev dəfn olunub.

Bizim.Media-nın məlumatına görə, onun cənazəsi Goranboy rayon Borsunlu kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, hərbçilər və sakinlər iştirak ediblər.

***

Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhman oğlu ilə Goranboy rayon Borsunlu kəndində vida mərasimi keçirilir.

Bizim.Media xəbər verir ki, vida mərasimindən şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edirlər.

Vida mərasimindən sonra şəhid Borsunlu kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Goranboy rayon Borsunlu kəndində anadan olan 19 yaşlı Əfqan Bəhman oğlu Həmzəyev 1 il öncə həqiqi hərbi xidmətə gedib və onun həqiqi hərbi xidməti başa vurmağa 6 ayı qalıbmış.

O, ailənin tək oğlu olub.

Allah rəhmət etsin!

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO