“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Moderator.az-a daxil olan məlumata görə, yanvarın 28-də Bakının Xətai rayonuna içməli suyun nəqlində fasilələr olacaq: “İstehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması məqsədi ilə “+110 Şərq” su anbarının 500 mm diametrli çıxış xətti üzərində KROHNE elektromaqnit tipli su sayğacı quraşdırılır. Bununla əlaqədar 28 yanvar 2014-cü il tarixdə gün ərzində Xətai rayonun M.Hadi, X.Məmmədov, Vunqtau küçələrinə və Gəncə prospektinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir”.




































































































