Bakıda polis arvadını şöbədə xidməti silahla ÖLDÜRDÜ - TƏFƏRRÜAT

Bakıda polis arvadını şöbədə xidməti silahla ÖLDÜRDÜ - TƏFƏRRÜAT

Hazırda oxunan: Bakıda polis arvadını şöbədə xidməti silahla ÖLDÜRDÜ - TƏFƏRRÜAT

39435

Azərbaycanda polis şöbədə həyat yoldaşını xidməti silahla öldürüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alır. 

O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib. İ.Məmmədov saxlanılıb. 

Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO