Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sumqayıtı yeni il şənliyinə hazırlayır. Bu barədə Moderator.az-ı Sumqayıtdakı özəl mənbə məlumatlandırıb.
Mənbənin sözlərinə görə, bu gündən şəhərin görməli yerlərində nəhəng yolkalar quraşdırılır: “İcra başçısı bu gündən etibarən şəhərin mərkəzi yerlərində böyük yolkaların quraşdırılmasına start verib. Havanın yağmurlu olmağına baxmayaraq şəhərin giriş hissəsinə, mərkəzi parklarına cəlb edilən xüsusi texnika və canlı qüvvə süni yolka ağaclarının quraşdırılmasını həyata keçirir. Yeni il şənliyi ilə bağlı əlavə dekorasiya sərgilərinin quraşdırılması da nəzərdə tutulur. Dekabrın 25-nə qədər bütün hazırlıq işlərinin yekunlaşdırılması nəzərdə tutulur”.


































































































