İmmuniteti güclü saxlamaq üçün bunları edin - RESEPT 

İmmuniteti güclü saxlamaq üçün bunları edin - RESEPT 

Hazırda oxunan: İmmuniteti güclü saxlamaq üçün bunları edin - RESEPT 

37301

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. 

Bizim.Media xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlanan çaylar, tərəvəzlərdir. 

Quşburnu, zəncəfil, kəklikotu, cökə çiçəyi və çpbanyastığından hazırlanan çay immunitetinizi ən çox gücləndirəcək vasitələrdəndir. Hər gün axşam yatmazdan əvvəl bu çayı için. 

Ədviyyatlardan çox istifadə edin. Zəncəfil sizi soyuqdəymədən, virusdan, ürəkbulanmasından xilas edəcək. 

Kəklikotu həm çay, həm də yeməklərə səpilərək istifadə edilə bilər. Tərkibi C vitamini ilə zəngindir. 
 

Çoxlu omeqa 3, D, B, C vitamini qəbul etməlisiniz. Gündə 2 ədəd yaşıl bibər yeyərək orqanizmi C vitamini ilə təmin edə bilərsiniz. Eyni zamanda yemiş, manqo, ərik immunitet gücləndirən vasitələrdir. 


İspanaq, digər göyərtilər çox yeyin. Tərkibi A vitamini ilə zəngindir. Tərkibində E vitamini olan badam, fındıq yeyin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO