Əhalinin gəlirləri 7,6 faiz artıb

Əhalinin gəlirləri 7,6 faiz artıb

Hazırda oxunan: Əhalinin gəlirləri 7,6 faiz artıb

35318
2013-cü ilin doqquz ayı ərzində əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq 25,4 milyard manata çatıb. Moderator.az Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, bu göstəricinin əhalinin hər nəfərə düşən həcmi orta hesabla 2736,5 manat və ya ayda 304,1 manat təşkil edib. 
Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,9 faiz bəndi üstələyərək 6,2 faiz olub. 

Bu dövr ərzində gəlirlərin 68,5 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 20,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib. 
Əhalinin sərəncamda qalan gəliri 23,1 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 7,5 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO