Qubada şəhid ailələrinin qəbulu həftəsi başa çatdı – FOTO

Qubada şəhid ailələrinin qəbulu həftəsi başa çatdı – FOTO

Hazırda oxunan: Qubada şəhid ailələrinin qəbulu həftəsi başa çatdı – FOTO
33536
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətən müharibəsində şəhid olan 49 hərbçinin ailəsi ilə avqustun 16-dan başlayaraq Quba rayon icra hakimiyyətində növbəlilik əsasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, pandemiya qaydalarına uyğun olaraq hər dəfə 10 ailə icra başçısı Ziyəddin Əliyev tərəfindən qəbul edilib.

Qəbulda rayonun aidiyyatı idarə və müəssisələrinin rəhbərləri də iştirak edib.

Şəhid ailələri qəbul zamanı müxtəlif məsələlərin həllində - qaz çəkilişi, məşğulluq, şəhidlərin adının əbədiləşdirilməsi, bank  xidməti və s. məsələlərlə bağlı kömək istəyiblər.
 

Qaldırılan bütün məsələlər qeydiyyata alınıb, bəzi məsələlər yerindəcə həll edilib, bəzilərinin həlli üçün isə adiyyatı qurum rəsmilərinə tapşırıqlar verilib.


Qəbulların sonunda icra başçısı Ziyəddin Əliyev hər bir şəhid ailəsinə bildirib ki, "qələbəni bizə yaşadan övladlarınızın xatirəsi Qubada da həmişə uca tutulacaq və ailələrini narahat edən məsələlər imkan daxilində həll ediləcək”.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO