Həbsdə olan partiya sədri vəfat etdi - FOTO

Həbsdə olan partiya sədri vəfat etdi - FOTO

Hazırda oxunan: Həbsdə olan partiya sədri vəfat etdi - FOTO
33225
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümov vəfat edib.

Bizim.Media xəbər verir ki, partiya sədri həbsxanada dünyasını dəyişib. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunan Ağadur Müslümov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

İş üzrə iki nəfər zərərçəkən olub. Onlar - İran vətəndaşı Xorəzmi Əlirza Qurban və Babayev İsaxan Teymur oğludur.

Zərərçəkən İsaxan Babayev Təhsil Nazirliyinin Tikinti İdarəsinin sabiq rəisi olub.
 

İ.Babayev polisə ərizə ilə müraciət edərək, 2013-cü ildə Ağadur Müslümova 100 min manat verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyini vəd etdiyini bildirib.


Lakin A.Müslümov pulu alsa da, vədinə əməl etməyib. Misir Mərdanov təhsil naziri vəzifəsindən getdikdən sonra İ.Babayev də işdən çıxarılıb. (ölkə.az)

Bizim.Media

Həbsdə olan partiya sədri vəfat etdi - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO