Tiflisdə azərbaycanlılara qarşı növbəti erməni təxribatı

Tiflisdə azərbaycanlılara qarşı növbəti erməni təxribatı

Hazırda oxunan: Tiflisdə azərbaycanlılara qarşı növbəti erməni təxribatı

33216

 

Gürcüstanda ermənilər növbəti dəfə Azərbaycana qarşı təxribat törətməyə cəhd ediblər. Moderator.az-ın “Vesti.az”a istinadən verdiyi xəbərə görə, paytaxt Tiflsin “Qorqosalin” küçəsində “Ermənistan” mağazası açılıb. Həmvətənlərimiz üçün böyük əhəmiyyəti olan bu küçədə Azərbaycan ədəbiyyatında özünəməxsus iz buraxmış Mirzə Fətəli Axundovun ev muzeyi, həmçinin Azərbaycanın bu ölkədəki yeni səfirliyinin binası yerləşir. 

Bundan başqa vurğulamaq lazımdır ki, “Qorqosali” küçəsi Ortaçala rayonuna daxildir ki, burda əsasən gürcülər və azərbaycanlılar yaşayır Şübhəsiz, yeni "Ermənistan" üçün yer təsadüfən seçilməyib! Həm də bu hələ hər şey deyil. Belə ki, rayonda yaşayan azərbaycanlılar üçün bu cür adlı fəaliyyət göstərəcək mağazanın açılışı heç də bəyənilən deyil. Bu günlərdə bir neçə azərbaycanlı "Ermənistan" mağazasından açılışı ilə bağlı anons lövhələrini qopardıb. Daha sonra mağaza sahibləri lövhəni bərpa ediblər və onu əvvəlki yerindən asıblar. 

Qeyd edək ki, “Ermənistan” mağazası ilk dəfə 2011-ci ilin mayında paytaxt Tiflisin Aylabar ərazisində, əhalisinin əsas hissəsini ermənilər təşkil edən bölgədə açılıb. Dükan əsasən, erməni mallarının ticarəti ilə məşğul idi. Konservlər, kolbasalar, şirniyyatlar və s. Bu dükandan sonra mağaza rəhbərliyi Tiflisin digər hissələrində də oxşar obyektlərin açılışı həyata keçirib və bundan sonra da açmağı planlaşdırır. Gürcüstan KİV-lərini məlumatına əsasən, “Ermənistan” rəhbərliyinin bu addımı Tiflisdə ticarət nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb. 

Hər halda necə olsa da, Tiflis kiçik olmayan şəhərdir, və istəkdən asılı olaraq "Ermənistan" mağazası üçün başqa yeri də seçmək olardı. Dükan niyə məhz azərbaycanlıların kütləvi yaşadığı ərazidə açılıb? İndiki halda görünür, onlar bu addımla təxribata varmaqla növbəti dəfə “qurban” rolunda olduqlarını göstərmək niyyətindədirlər.

Ermənilər Gürcüstanın ərazisində, konkret olaraq Tiflisdə dəfələrlə Ermənistan-Azərbaycan münaqişəsini alovlandırmağa qərar veriblər. Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsi boyunca Gürcüstan erməniləri bir neçə dəfə səs-küylü təxribatlar həyata keçiriblər. Onlardan biri “Şuşanın azad olması günü” münasibətilə bu ölkənin paytaxtında qeyd edilən tədbirdir. Ermənilər bunun üçün şəhərdə vərəqlər paylayıb və paytaxtın müxtəlif yerlərində reklam, anons lövhələri yerləşdirmişdilər. Gürcüstanda silsilə təxribatlarla azərbaycanlıları da provokasiyaya cəlb etmək istəyən ermənilər “Çoxmədəniyyətli Gürcüstan” xəritəsində azərbaycanlıları görkəmsiz formada təqdim edərək atlasda qondarma Dağlıq Qarabağ Respublikasını nümayiş etdirirdilər. Bədnamlar daha sonra Tiflisdə Heydər Əliyevin büstü yaxınlığında Ermənistanın bayrağını asıblar. 

Tiflisdə azərbaycanlılara qarşı növbəti erməni təxribatı Tiflisdə azərbaycanlılara qarşı növbəti erməni təxribatı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO