
- A-
- A
- A+
Daha bir marşrut xəttində gediş haqqı kartla olacaq
Sabahdan 179 nömrəli marşrut xətti (Pirşağı qəsəbəsi - Azadlıq pr. m/st) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumatda deyilir: “Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb”.
Post terminallar aşağıdakı ünvanlarda quraşdırılıb;
A.Hüseynov küç.Rəsulzadə qəs.(Binəqədi rayonu)
28 May küç 269A, Mehdiabad qəs. (Abşeron rayonu)
Azadlıq pr.104 (Binəqədi rayonu)
2-ci Mədən (Binəqədi rayonu)
Cəfər Cabbarlı küç 5, Mehdiabad qəs. (Abşeron rayonu)
Pirşağı qəs. Qızılqum (Sabunçu rayonu)
Əjdər Məlikov küç, Pirşağı qəs. (Sabunçu rayonu)
Sovxoz 2,Cəfərəliyev küç.Pirşağı qəs. (Sabunçu rayonu)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































