Binəqədi yolunu hansı qurum bu hala salıb? - VİDEO

Binəqədi yolunu hansı qurum bu hala salıb? - VİDEO

Hazırda oxunan: Binəqədi yolunu hansı qurum bu hala salıb? - VİDEO
274508
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir müddət əvvəl paytaxtın Binəqədi rayonu ərazisində yolun hərəkət hissəsində kanalizasiya çəkilişi ilə əlaqədar qazıntı işləri aparılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Rəsulzadə və Binəqədi qəsəbələrini birləşdirən yoldakı vəziyyət hər gün tıxacın yaranmasına, sürücülərin və sərnişinlərin xeyli vaxt itirməsinə, eləcə də ətrafın çirklənməsinə səbəb olur.
 

Ərazidən paylaşım edən şəxslər aylardır davam edən işlərin tezliklə başa çatıdırlmasını tələb ediblər.


Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ərazidəki qazıntı işlərinin və kommunikasıya xətlərinin çəkilməsinin onlara aidiyyəti yoxdur.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən açıqlamada isə Binəqədi yolundakı işlərin tikinti şirkətinin sifarişi ilə podratçı tərəfindən icra edildiyi bildirilib:

“Bu prosesin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqəsi yoxdur”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO