Oqtay Şirəliyevlə VİDA mərasimi keçirilir - FOTO

Oqtay Şirəliyevlə VİDA mərasimi keçirilir - FOTO

Hazırda oxunan: Oqtay Şirəliyevlə VİDA mərasimi keçirilir - FOTO
273882
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabiq səhiyyə naziri, mərhum Oqtay Şirəliyevlə vida mərasimi başlayıb.

Bizim.Media Oxu.az-a istinadən xəbər verir ki, vida mərasimi Təzəpir məscidində keçirilir.

Vida mərasiminə səhiyyə naziri Teymur Musayev, Tibbi Ərazi Bölmələrinin idarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və digər vəzifəli şəxslər qatılıblar.

Qeyd edək ki, o 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub, 2005-ci ildə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Oqtay Şirəliyev 2015-ci il avqust ayının 12-də Səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. 23 aprel 2021-ci ildə Oqtay Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

Oqtay Şirəliyevlə VİDA mərasimi keçirilir - FOTO - foto 1
Oqtay Şirəliyevlə VİDA mərasimi keçirilir - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO