Doğuşdan sonra psixi pozuntu kütləvi hal ALDI

Doğuşdan sonra psixi pozuntu kütləvi hal ALDI

Hazırda oxunan: Doğuşdan sonra psixi pozuntu kütləvi hal ALDI
273488
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsveçdə aparılan və “Molecular Psychiatry” jurnalında dərc olunan geniş araşdırma göstərib ki, qadınlarda doğuşdan sonrakı həftələrdə psixi sağlamlıq problemləri riski yüksəlir.

Bizim.Media xəbər verir ki, məlum olub ki, doğuşdan 5–15 həftə sonraya qədər depressiya riski hamiləlikdən əvvəlki dövrlə müqayisədə 20% daha yüksəkdir.

Psixoz riski isə doğuşdan sonrakı ilk 5 həftədə 6-7 dəfə, 20-ci həftəyə qədər isə iki dəfə artır.

Ekspertlər vurğulayıb ki, bu hallar ciddi müalicə tələb edən psixi pozuntulardır. Simptomlara halüsinasiyalar, paranoya və bipolyar pozuntu daxildir, lakin düzgün müalicə ilə tam sağalma mümkündür.

Tədqiqat 2003–2019-cu illər arasında İsveçdə 1,8 milyon doğuşun məlumatları əsasında aparılıb. Alimlər bildirir ki, həkimlərin hamiləlik dövründə qadınları daha yaxından izləməsi psixi sağlamlıq problemlərinin vaxtında aşkarlanmasına və ağırlaşmaların qarşısının alınmasına kömək edə bilər.

ÜST-nın məlumatına görə, dünyada hər 10 hamilə qadından biri və doğuşdan sonrakı qadınların 13%-i psixi pozuntular yaşayır. Alimlər gənc anaların psixi sağlamlığının qorunması üçün doğuşdan sonrakı dövrdə diqqətli müşahidə və dəstəyin vacib olduğunu vurğulayır. (saglamolun.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO