Azərbaycan nümayəndə heyəti “Partner 2025” sərgisində İŞTİRAK EDİR - FOTO

Azərbaycan nümayəndə heyəti “Partner 2025” sərgisində İŞTİRAK EDİR - FOTO

Hazırda oxunan: Azərbaycan nümayəndə heyəti “Partner 2025” sərgisində İŞTİRAK EDİR - FOTO
272282
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 23-də Serbiyanın Belqrad şəhərində “Partner 2025” 12-ci Beynəlxalq Silah və Hərbi Texnika Sərgisi öz işinə başlayıb. Tədbirdə Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Müdafiə Sənayesi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, iki ildən bir keçirilən sərgidə dünyanın müxtəlif ölkələrindən olan silah və hərbi texnika, raket kompleksləri, müasir atıcı silahlar, pilotlu və pilotsuz hava vasitələri, zirehli texnika, radioelektron mübarizə vasitələri və digər müasir müdafiə təyinatlı məhsullar nümayiş etdirilir.

Səfər çərçivəsində H.Əzimov paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib.

Daha sonra nazir müavini sərgidə müxtəlif ölkələrin və şirkətlərin stendlərində nümayiş etdirilən məhsullarla tanış olub.

H.Əzimov Serbiyanın müdafiə nazirinin büdcə və maliyyə məsələləri üzrə müavini Goran Momçiloviç və “Yugoimport SDPR” dövlət şirkətinin baş direktoru Yugoslav Petkoviç ilə görüşüb.

Görüşlər zamanı ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın mövcud vəziyyəti təhlil olunub, tərəfdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı etimad və anlayışa əsaslanan münasibətlərin genişləndirilməsi üçün perspektiv imkanları nəzərdən keçiriblər.

Qeyd edək ki, “Partner 2025” 12-ci Beynəlxalq Silah və Hərbi Texnika Sərgisi sentyabrın 26-da başa çatacaq.

Azərbaycan nümayəndə heyəti “Partner 2025” sərgisində İŞTİRAK EDİR - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO