“Lotu Quli”nin qətlinə görə daha 4 nəfər tutuldu - VİDEO

“Lotu Quli”nin qətlinə görə daha 4 nəfər tutuldu - VİDEO

Hazırda oxunan: “Lotu Quli”nin qətlinə görə daha 4 nəfər tutuldu - VİDEO
27121
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son məlumatlara görə, Türkiyədə “Lotu Quli”nin qətlinə görə bu gün polisin eyni vaxtda dörd bölgədə həyata keçirdiyi əməliyyat zamanı saxlanılanlar “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyevin adamlarıdır. Onların hamısının xarici ölkə vətəndaşları olduqları bildirilir.

Polis saxlanılan şübhəlilərin ötən ilin avqustunda “Lotu Quli”nin öldürülməsinin ardınca cinayətin törədildiyi oteldən necə qaçdıqlarına dair görüntüləri də onların yaxalanmasının görüntüləri ilə birlikdə mətbuata təqdim edib. Namiq Canıyevin yaxalanması üçün əməliyyatın isə davam etdiyi bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

“Lotu Quli” ilə Rövşən Lənkəranskinin tərəfdarları arasında atışma baş verdi – ANBAAN VİDEO


Türkiyə KİV-ləri xatırladır ki, “Lotu Quli” 2018-ci ilin avqustunda İstanbulda “Rövşən Lənkəranski”nin güllələnməsinin sifarişçisi hesab edilirdi.

Türkiyə polisi bu gün “Lotu Quli” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun qətli ilə bağlantısı olan cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib.

Bizim.Media xəbər verir ki, eyni vaxtda dörd bölgədə keçirilən xüsusi əməliyyat zamanı dörd şübhəli saxlanılıb.

“Lotu Quli” ötən ilin avqustunda Antalyadakı otellərdən birində yaxın ətrafına daxil olan “Xan Bakinski” (Xaqan Əhmədov) tərəfindən güllələnib. Cinayət yerindən qaçsa da polislər onu yaxalayıb və hazırda həbsdədir. Lakin qətlin sifarişçisinin kim olduğu hələlik təsbit edilməyib. Əsas versiya qətlin “Rövşən Lənkəranski”nin klanı tərəfindən sifariş və təşkil edilməsidir.


“Lotu Quli”nin qətlinə görə daha 4 nəfər tutuldu - VİDEO - foto 1

 

Bildirilir ki, əməliyyat İstanbul polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçriilib. Polisə “Lotu Quli”nin qətli ilə bağlantılı olan cinayətkar şəbəkə barədə əməliyyat məlumatı daxil olub.


Şəbəkəni izləyən polislər şübhəlililəri yaxalamaq üçün dörd vilayətdə eyni zamanda əməliyyata başlayıblar.

Əməliyyat İstanbuldan başlayıb, Ərzurum, İzmir və Kocaelidə davam edib. Həmin qruplaşmanın liderinin N.C. adlı şəxs olduğu bildirilir, polis əməliyyatı nəticəsində saxlanılanlar isə N.A., C.K., E.A. və M.Y. adlı şəxslərdir. Əməliyyat anları polis kameraları tərəfindən qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO