Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi - FOTO

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi - FOTO

Hazırda oxunan: Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi - FOTO
268271
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının sabiq şöbə müdiri Fəxrəddin Quliyevin oğlu, həkim-stomatoloq Fuad Quliyev cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, o, müxtəlif şəxslərin etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilir.

Belə ki, F.Quliyevin rayonda stomatoloji xidmət göstərəcəyi adı ilə ayrı-ayrı şəxslərin 4500, 4000, 2600, 800 və 600 manat məbləğlərində pul vəsaitlərini ələ keçirməsi müəyyən edilib.
 

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında Fuad Quliyev barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb və o, məhkəmə qərarı ilə həbs olunub.


Fakt üzrə istintaq tədbirləri davam etdirilir.

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO