Yeni tədris ili sentyabrın 22-də başlayacaq? - RƏSMİ AÇIQLAMA

Yeni tədris ili sentyabrın 22-də başlayacaq? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Yeni tədris ili sentyabrın 22-də başlayacaq? - RƏSMİ AÇIQLAMA
267756
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu il ölkəmizdə keçiriləcək Formula-1 Qrand Prisinin başlama tarixi yeni tədris ilinin "start" götürəcəyi tarixə təsadüf edir. Belə ki, məktəb və ali təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə yollarda yaranan sıxlıq Formula-1-in "start" götürməsi ilə daha da çıxılmaz hal ala bilər. Bu səbəbdən son günlər yeni tədris ilinin sentyabrın 22-də başlanacağı ilə bağlı məlumatlar gündəmdədir və ictimaiyyət arasında müzakirələrə səbəb olub.

Yeni tədris ilinin sentyabrın 22-də başlaması ilə bağlı deyilənlər nə dərəcədə doğrudur və bu istiqamətdə rəsmi qərar qəbul olunubmu?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən Sonxeber.az-a bildirilib ki, 2025-2026-cı tədris ilinin başlamasına təsadüf edən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir:

"Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur. Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı "Formula 1" Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək".

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO