Qusarda su infrastrukturlarına yerində baxış keçirildi - FOTO

Qusarda su infrastrukturlarına yerində baxış keçirildi - FOTO

Hazırda oxunan: Qusarda su infrastrukturlarına yerində baxış keçirildi - FOTO
267189
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusar rayonunda su hövzələrinə, hidrotexniki qurğulara, su təchizatı və meliorasiya infrastrukturlarına yerində baxış keçirilib.

Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, səfərdə Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli nümayəndələri iştirak ediblər.
 

Səfər çərçivəsində Samur-Abşeron kanalında monitorinq məqsədilə quraşdırılmış avtomat stansiyalara, yeraltı su ehtiyatlarının səviyyəsini və gündəlik dəyişkənliyini izləmək üçün qazılmış müşahidə quyularına, eləcə də ərazidə həyata keçirilən təmizləmə və sahilbərkitmə işlərinə yerində baxış keçirilib.


Ərazidə mövcud vəziyyət qiymətləndirilib, potensial risklər və infrastrukturun dayanıqlığı ilə bağlı müvafiq qeydlər aparılıb.

Qusarda su infrastrukturlarına yerində baxış keçirildi - FOTO - foto 1
Qusarda su infrastrukturlarına yerində baxış keçirildi - FOTO - foto 2
Qusarda su infrastrukturlarına yerində baxış keçirildi - FOTO - foto 3
Qusarda su infrastrukturlarına yerində baxış keçirildi - FOTO - foto 4
Qusarda su infrastrukturlarına yerində baxış keçirildi - FOTO - foto 5

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO