Keçmiş məcburi köçkünlər Mehriban xanım Əliyevanı təbrik edirlər – VİDEO

Keçmiş məcburi köçkünlər Mehriban xanım Əliyevanı təbrik edirlər – VİDEO

Hazırda oxunan: Keçmiş məcburi köçkünlər Mehriban xanım Əliyevanı təbrik edirlər – VİDEO
267096
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçqınlara və məcburi köçkünlərə həssas münasibəti, onların sosial məsələlərinin həllinə, təhsilinə, sağlamlığına diqqət və qayğısı mühüm yer tutur.

Prezident İlham Əliyevlə birlikdə Qarabağa və Şərqi Zəngəzura hər səfərində Mehriban xanımın doğma yurd yerlərinə qayıdan insanlarla səmimi görüşləri, söhbətləri unudulmaz hadisəyə çevrilir.

Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə mədəni-tarixi irsin bərpasında fəal iştirak edir, mənəvi dəyərlərimizin qorunmasına və zənginləşdirilməsinə sanballı töhfələr verir.

Keçmiş məcburi köçkünlər istər didərginliyin çətinliklərini çəkdikləri dövrdə, istərsə də indi Böyük Qayıdışın sevincini, doğma yurda qovuşmaq xoşbəxtliyini yaşadıqları günlərdə onlara göstərdiyi diqqət və qayğıya görə Mehriban xanıma minnətdardırlar.

Qarabağdan, Şərqi Zəngəzurdan əziz və hörmətli Mehriban xanıma ad günü münasibətilə ünvanlanan təbriklər bu səmimi duyğunun bariz ifadəsidir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinın hazırladığı təbrik videoçarxını təqdim edirik.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO