Onlar da doğma yurdlarına qayıtdılar – FOTO

Onlar da doğma yurdlarına qayıtdılar – FOTO

Hazırda oxunan: Onlar da doğma yurdlarına qayıtdılar – FOTO
264610
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xocalı rayonunun Xanyurdu kəndinə 19 ailə – ümumilikdə 62 nəfərin köçürülməsi başa çatıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, köç prosesi çərçivəsində ailələrə tam təmir olunmuş mənzillərin açarları təqdim edilib. 
 

Tədbirdə çıxış edən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, işğaldan sonra təmir və bərpa aparılan kənddə sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. 


Elektrik, qaz, içməli su, rabitə xətləri çəkilib, yol infrastrukturu yenilənib. Yaxın vaxtlarda məktəb binası, uşaq bağçası, tibb məntəqəsi və digər sosial obyektlər istifadəyə veriləcək.

Köçürülmə zamanı sakinlər doğma yurdlarına qayıtdıqları üçün dövlət rəhbərliyinə minnətdarlıq ifadə ediblər. 

“İllərdir həsrətini çəkdiyimiz torpaqlara qovuşmaq bizim üçün böyük xoşbəxtlikdir. Burada bizim üçün hər bir şərait yaradılıb,” – deyə keçmiş məcburi köçkünlər bildiriblər. 

Qeyd edək ki, Xanyurdu kəndinə köçürülmə “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilir. Xanyurdu kəndinə bundan əvvəl 33 ailə (122 nəfər) köçürülüb.

Onlar da doğma yurdlarına qayıtdılar – FOTO - foto 1
Onlar da doğma yurdlarına qayıtdılar – FOTO - foto 2
Onlar da doğma yurdlarına qayıtdılar – FOTO - foto 3
Onlar da doğma yurdlarına qayıtdılar – FOTO - foto 4
Onlar da doğma yurdlarına qayıtdılar – FOTO - foto 5

Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO