Doğum günündə Hökumə Əliyevanın ev muzeyi açıldı - Fotolar

Doğum günündə Hökumə Əliyevanın ev muzeyi açıldı - Fotolar

Hazırda oxunan: Doğum günündə Hökumə Əliyevanın ev muzeyi açıldı - Fotolar
264070
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Samux rayonunun Alıuşağı kəndində ev muzeyinin açılışı olub.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, açılış mərasimində bir sıra rəsmilər, AZAL-ın nümayəndələri, Hökumə Əliyevanın yaxınları iştirak edib.

Muzeyin tikintisi Milli Qəhrəmanın yaxınları tərəfindən həyata keçiririlib. Muzeydə H. Əliyevanın həyatını əks etdirən şəkilləri və şəxsi əşyaları sərgilənib.
 

Qeyd edək ki, Hökumə Əliyeva yaşasaydı, bu gün 34 yaşı tamam olacaqdı. O, 1991-ci il avqustun 8-i Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. Kəlbəcərin işğalı dövründə ailəsi ilə birlikdə Samux rayonunun Alıuşağı kəndində məskunlaşıb. Sonra ailə quraraq Bakıda yaşamağa başlayıb. Onun valideynləri və qardaşı bu gün də Samux rayonunun Alıuşağı kəndində yaşayırlar.


Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-i Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.

Doğum günündə Hökumə Əliyevanın ev muzeyi açıldı - Fotolar - foto 1
Doğum günündə Hökumə Əliyevanın ev muzeyi açıldı - Fotolar - foto 2
Doğum günündə Hökumə Əliyevanın ev muzeyi açıldı - Fotolar - foto 3
Doğum günündə Hökumə Əliyevanın ev muzeyi açıldı - Fotolar - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO