Qusarda Polis işçilərinin peşə bayramı qeyd olundu - FOTO

Qusarda Polis işçilərinin peşə bayramı qeyd olundu - FOTO

Hazırda oxunan: Qusarda Polis işçilərinin peşə bayramı qeyd olundu - FOTO
257827
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusar rayonunda Polis işçilərinin peşə bayramı münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun, Milli Məclisin deputatı Anatoliy Rafailov, RİH başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərlərinin, Qusar Rayon Polis Şöbəsinin kollektivinin, veteran polis işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumrayon tədbiri keçirilib. İlk olaraq ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla yad edilib.

Qusar Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, rəsmi tədbir daha sonra Qusar Rayon İcra Hakimiyyətinin inzibati binasında davam etdirilib.

Tədbiri giriş sözü ilə açan Sahir Məmmədxanov bütün polis əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edib, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca ümummilli lider Heydər Əliyevin, Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, o cümlədən şəhid olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Tədbirdə çıxış edən Qusar Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Əfəndiyev, Milli Məclisin deputatı Anatoliy Rafailov, Qusar rayon prokuroru Elxan Əbdürrəhimov, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov və polis veteranı Talim Yarmətov Azərbaycan polisinin keçdiyi şərəfli inkişaf yolundan, bu peşənin dövlət və cəmiyyət üçün daşıdığı strateji əhəmiyyətdən bəhs ediblər.


Sonda xidməti vəzifələrinin icrasında fərqlənən bir qrup polis əməkdaşı Qusar Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunub və onlara qiymətli hədiyyələr təqdim edilib.

Qusarda Polis işçilərinin peşə bayramı qeyd olundu - FOTO - foto 1
Qusarda Polis işçilərinin peşə bayramı qeyd olundu - FOTO - foto 2
Qusarda Polis işçilərinin peşə bayramı qeyd olundu - FOTO - foto 3
Qusarda Polis işçilərinin peşə bayramı qeyd olundu - FOTO - foto 4
Qusarda Polis işçilərinin peşə bayramı qeyd olundu - FOTO - foto 5
Qusarda Polis işçilərinin peşə bayramı qeyd olundu - FOTO - foto 6
Qusarda Polis işçilərinin peşə bayramı qeyd olundu - FOTO - foto 7
Qusarda Polis işçilərinin peşə bayramı qeyd olundu - FOTO - foto 8
Qusarda Polis işçilərinin peşə bayramı qeyd olundu - FOTO - foto 9
Qusarda Polis işçilərinin peşə bayramı qeyd olundu - FOTO - foto 10
Qusarda Polis işçilərinin peşə bayramı qeyd olundu - FOTO - foto 11
Qusarda Polis işçilərinin peşə bayramı qeyd olundu - FOTO - foto 12
Qusarda Polis işçilərinin peşə bayramı qeyd olundu - FOTO - foto 13
Qusarda Polis işçilərinin peşə bayramı qeyd olundu - FOTO - foto 14

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO