Bu uşaqlar məktəbdənkənar təhsil ala BİLƏCƏKLƏR – YENİ QANUN

Bu uşaqlar məktəbdənkənar təhsil ala BİLƏCƏKLƏR – YENİ QANUN

Hazırda oxunan: Bu uşaqlar məktəbdənkənar təhsil ala BİLƏCƏKLƏR – YENİ QANUN
256385
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məktəbəqədər yaşlı uşaqlara məktəbdənkənar təhsil müəssisələrində də təhsil veriləcək.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Məktəbəqədər təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihədə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrinin də məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin siyahısına əlavə edilməsi təklif olunur.

Təklif edilən dəyişikliklə məktəbəhazırlıq məktəbəqədər təhsil müəssisələrində, ümumi təhsil müəssisələrində, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrində, habelə ailədə həyata keçiriləcək.

Mövcud qanunvericiliyə görə, məktəbəhazırlıq məktəbəqədər təhsil müəssisələrində, ümumi təhsil müəssisələrində, habelə ailədə həyata keçirilir.

Bununla yanaşı, “Təhsil haqqında” Qanunda da müvafiq dəyişikliyin edilməsi təklif olunur.

Təklif edilən dəyişikliyə əsasən, məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələrinin müvafiq strukturları ilə yanaşı, məktəbdənkənar təhsil müəssisələrində də həyata keçirilə biləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO