Deputatdan vətəndaşlara ÇAĞIRIŞ: “Evlərinizi sığortalayın, əks halda...”

Deputatdan vətəndaşlara ÇAĞIRIŞ: “Evlərinizi sığortalayın, əks halda...”

Hazırda oxunan: Deputatdan vətəndaşlara ÇAĞIRIŞ: “Evlərinizi sığortalayın, əks halda...”
254321
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Çox təəssüf ki, təbii fəlakətdən zərər çəkən vətəndaşların bir qisminin evləri, torpaqları sığortasız olur”.

Bizim.Media xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Sığorta olunmadıqda problemlər yaranır, bu da dövlətin üzərinə düşür. Vətəndaşlara çağırış etmək lazımdır, evlərinizi, mülkiyyətinizi sığortalayın ki, hansısa situasiyada daha ağır vəziyyətə düşməyəsiniz”, - deyə millət vəkili qeyd edib.
 

Komitə sədri Siyavuş Novruzov isə əlavə edib ki, sığorta çox ciddi məsələdir: “Hətta meyvə bağlarının, mal-heyvanın və digərlərinin də sığortalanması vacibdir. Bu, böyük qiymət tələb etmir. Hər gün xəbərlərdə görürük ki, üç ev bir rayonda, iki ev digərində yandı. Əvvəl-axır vətəndaşlar hər biri də dövlətin, bələdiyyənin üzərinə gəlir ki, bərpa işlərinə yardımçı olsun.


Lakin sığorta eləməklə vətəndaş öz problemini həll etmiş olur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO