Bakıda bu qədər şagird məzun olacaq

Bakıda bu qədər şagird məzun olacaq

Hazırda oxunan: Bakıda bu qədər şagird məzun olacaq
254141
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin buraxılış siniflərini 80 061 şagird bitirir.

Bizim.Media xəbər verir ki, 2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 46 406, XI siniflərini 33 517, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 138 nəfər bitirir.

Paytaxtdakı ümumi təhsil müəssisələri üzrə 38 206 nəfər I sinfi başa vurur. Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 513 923 şagird təhsil alır.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 30 169 müəllim fəaliyyət göstərir. 2024-2025-ci tədris ilində paytaxt üzrə 287 ümumi təhsil məktəbində fəaliyyət göstərən 1 048 məktəbəhazırlıq qrupuna 22 781 uşaq cəlb olunub.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 344 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO