AHİK nümayəndə heyəti BƏT-in 113-cü sessiyasında İŞTİRAK EDİR - FOTO

AHİK nümayəndə heyəti BƏT-in 113-cü sessiyasında İŞTİRAK EDİR - FOTO

Hazırda oxunan: AHİK nümayəndə heyəti BƏT-in 113-cü sessiyasında İŞTİRAK EDİR - FOTO
253088
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə İsveçrənin Cenevrədə şəhərində keçirilən Beynəlxalq Əmək Konfransının 113-cü sessiyasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun rəhbərliyi ilə qurumun nümayəndə heyəti iştirak edir.

Konfederasiyadan Bizim.Media-ya verilən məlumata görə, sessiyada çıxış edən Sahib Məmmədov Azərbaycan vətəndaşının əmək hüquqlarının qorunmasının dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili üçün görülən işlər və göstərilən xidmətlər, tətbiq olunan yeniliklər barədə məlumat verib.

BƏT-in Azərbaycanın etibarlı sosial tərəfdaşı olduğunu qeyd edən Konfederasiya sədri ölkəmizin müstəqilliyinin ilk illərindən quruma üzv olduğunu, işçi hüquqları ilə bağlı 59 konvensiyasının ratifikasiya edildiyini diqqətə çatdırıb.
 

Bildirilib ki, qlobal dəyişikliklər, çağırışlar müəyyən çətinliklər yaradır və mümkün risklərin qarşısının alınması üçün səylər birləşdirilməlidir. Süni intellektin, rəqəmsallaşmanın məşğulluğa, əmək bazarına təsirlərini qeyd edən Konfederasiya sədri BƏT tərəfindən yeni qlobal standartların qəbulunun işçilərinin hüquqlarının qorunmasında hüquqi baxımdan əhəmiyyətini bildirib.


Tədbirdə Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatlar və layihələr, “Kurort” Turizm İnformasiya Mərkəzi, eləcə də Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti barədə məlumat verilib, həmkarlar ittifaqları ilə bağlı qanunvericiliyə dəyişikliklərə dair qanun layihəsi üzərində iş aparıldığı diqqətə çatdırılıb.

Vurğulanıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ittifaq üzvlərinin hüquqlarının qorunması, layiqli iş şəraitinin təmin olunması sahəsində bundan sonra da səylərini davam etdirəcəkdir.

AHİK nümayəndə heyəti BƏT-in 113-cü sessiyasında İŞTİRAK EDİR - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO