“TikTok”da saxta süd məhsulları satırlarmış... – FOTO

“TikTok”da saxta süd məhsulları satırlarmış... – FOTO

Hazırda oxunan: “TikTok”da saxta süd məhsulları satırlarmış... – FOTO
247762
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsində yoxlama keçirilib. 

Bu barədə Bizim.Media-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb.

Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb.

“TikTok”da saxta süd məhsulları satırlarmış... – FOTO - foto 1
“TikTok”da saxta süd məhsulları satırlarmış... – FOTO - foto 2


“TikTok”da saxta süd məhsulları satırlarmış... – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO