Araz çayında sululuq daha çox artıb

Araz çayında sululuq daha çox artıb

Hazırda oxunan: Araz çayında sululuq daha çox artıb
247527
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, avtomat hidroloji stansiyaların mayın 4-ü saat 11:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
 

Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 14 sm, Qarasuçay-Zərdabda 32 sm, Vəlvələçay-Afurcada 35 sm, Qudiyalçay-Qımılda 20 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəng və Tutqunçay-Comərddə 3 sm, Zabuxçay-Bozluda 35 sm, Oxçuçay-Bürünlüdə 34 sm, Həkəriçay-Balasoltanlıda 3 sm, Quruçay-Böyük Tağlarda isə 2 sm artım. Araz çayının yuxarı axımında 61 sm qeydə alınıb.


Transsərhəd çaylarında Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 29 sm artıb, su sərfi 710 m³/san normanın 99%, Qanıx-Cəlayirdə 4 sm artıb su sərfi 175 m³/san normanın 88% təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO