Bakıdan Abşeron milli parkına velosiped yürüşü keçirildi - FOTO

Bakıdan Abşeron milli parkına velosiped yürüşü keçirildi - FOTO

Hazırda oxunan: Bakıdan Abşeron milli parkına velosiped yürüşü keçirildi - FOTO
24745
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

15 iyun Milli Qurtuluş günü ilə əlaqədar "Təmiz səma, sağlam həyat, avtomobilsiz həftə sonu" devizi altında "Sürəyənlər" velosiped qrupu Bakıdan Abşeron milli parkına yürüş edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Abşeron milli parkının və "Sürəyənlər" velosiped qrupunun birgə təşəbbüsü ilə keçirilən yürüşün məqsədi Milli Qurtuluş gününü qeyd etməklə ölkədə ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təşviqinə çalışmaq, nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin azaldılmasına töhfə vermək, eyni zamanda ekoloji turizmi təbliğ etməkdir.

Həftə sonunu Abşeron Milli Parkında keçirən veloyürüş iştirakçılarının hər biri rəmzi hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, dünyanın bütün meqapolislərində, o cümlədən Bakıda avtomobillərdən havaya atılan tullantılar atmosferin çirklənməsinin 70-80 faizini təşkil edir.

Bu baxımdan Azərbaycanda artıq ənənəyə çevrilən veloyürüşlərin təşkili və elektrik avtomobillərinin təşviqi atmosfer havasının təmizliyinə, istilik effekti yaradan qaz tullantılarının azaldılmasına yönəlmiş önəmli tədbirlərdəndir.

Bizim.Media

Bakıdan Abşeron milli parkına velosiped yürüşü keçirildi - FOTO - foto 1
Bakıdan Abşeron milli parkına velosiped yürüşü keçirildi - FOTO - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO