Səidə Tağızadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Səidə Tağızadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Hazırda oxunan: Səidə Tağızadə yüksək vəzifəyə TƏYİN OLUNDU
246873
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyinatı olub.

Bizim.Media xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə təyin edilib.

Bakı şəhərində anadan olan SəidəTağızadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. 2006-cı ildə Bakı Musiqi Akademiyasını (fortepiano, organ, klavesin) bakalavr, 2008-ci ildə isə (fortepiano ixtisası, musiqişünaslıq) magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.

2016-cı ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir.

S.Tağızadə indiyədək Azərbaycanla yanaşı, Böyük Britaniya, Polşa, Rusiya, Finlandiya, ABŞ, Cənubi Afrika, Cənubi Koreya, Avstriya, İsveçrə, İtaliya, Bolqarıstan, Latviya, Fransa və s. ölkələrdə konsertlərdə çıxış edib.

O, uşaq və yeniyetmələrin mədəni inkişafı ilə bağlı sənət layihələrinin təşkilatçısıdır. Müəllifi və rəhbəri olduğu ənənəvi "Simurq” musiqi festivalı Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətmək məqsədi daşıyan diqqətəlayiq layihələrdəndir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO