Gəncədə xiyardan zəhərlənən 5 nəfərin SON DURUMU

Gəncədə xiyardan zəhərlənən 5 nəfərin SON DURUMU

Hazırda oxunan: Gəncədə xiyardan zəhərlənən 5 nəfərin SON DURUMU
245427
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncədə zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olan bir ailənin beş üzvünün sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə 22.04.2025-ci il tarixində saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

“Funksional mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar” deyə məlumatda bildirilib.

Xatırladaq ki, şəhər sakinləri - 1992-ci il təvəllüdü Elvin Namazov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, onun övladları 2015-ci il təvəllüdlü Rəbiyə Ramazanlı, 2016-cı il təvəllüdlü Rüqayyə Ramazanlı və 2022-ci il təvəllüdlü Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. İlkin ehtimala görə, ailə bazardan alınan xiyardan zəhərlənib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO