Nərmin İsmayılova işdən çıxarıldı - Yeni TƏYİNAT – FOTO

Nərmin İsmayılova işdən çıxarıldı - Yeni TƏYİNAT – FOTO

Hazırda oxunan: Nərmin İsmayılova işdən çıxarıldı - Yeni TƏYİNAT – FOTO
241829
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Respublika Endokrinoloji Mərkəzinin direktoru Nərmin İsmayılova vəzifəsindən azad edilib.

Bizim.Media "qaynarinfo.az"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb.

Vüqar Qurbanovun digər əmri ilə sözügedən vəzifəyə Kəmalə Ağayeva gətirilib.

Xatırladaq ki, ötən ay Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Mərkəzində əməliyyat keçirilməsi barədə məlumat yayılmışdı.

Nəticədə bir neçə vəzifəli şəxsin - Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə sabiq direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyyə Əhmədova barəsində cinayət işi başlanıldığı, onların məsuliyyətə cəlb olunduğu, barələrində ev dustaqlığı qətimkan tədbirinin seçildiyi qeyd olunurdu.
 

Baş Prokurorluq və TƏBİB Mərkəzin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanması barədə birgə məlumat yaymışdı. Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.


Lakin Mərkəzinin keçmiş direktoru Nərmin İsmayılova əməliyyatın inzibati işlər üzrə direktor müavini vəzifəsində çalışmış Vəfa Kərimovadan edilən şikayət əsasında keçirildiyini, əməliyyat nəticəsində saxlanılan olmadığını, barəsində səslənən ittihamların yalan olduğunu açıqlamışdı.

Bildirmişdi ki, əməliyyatdan sonra özü və baş həkim Ülviyyə Əhmədova işdən öz ərizələri ilə çıxıblar.

Nərmin İsmayılova işdən çıxarıldı - Yeni TƏYİNAT – FOTO - foto 1
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO