Məhəmməd Mirzəli və Elşad Məmmədov da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı - VİDEO

Məhəmməd Mirzəli və Elşad Məmmədov da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı - VİDEO

Hazırda oxunan: Məhəmməd Mirzəli və Elşad Məmmədov da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı - VİDEO
239613
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq Elşad Tofiq oğlu Məmmədov və Məhəmməd Fazil oğlu Mirzəlini prokurorluğun İstintaq İdarəsinə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə İctimai TV-yə prokurorluqdan bildirilib.

Vurğulanıb ki, Elşad Məmmədov 2021-ci ilin aprel ayından 2022-ci ilin may ayına kimi internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi və saxlanılması, həmçinin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı açıq çağırışlar edib.

Bundan başqa, Məhəmməd Mirzəli 2018-ci ilin əvvəllərində hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, həmçinin zorakılıqla müşahidə edilən kütləvi iğtişaşlar edilməsinə dair açıq çağırışlar edib.

Xatırladaq ki, hazırda Almaniyada siyasi mühacir həyatı yaşayan Qabil Məmmədov da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

O, 17 aprel 2025-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə gəlməlidir.

Daha ətraflı videomateriallarda:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO