Səkkiz min ərəb Bakıda QİÇS-ə yoluxub?
  - AÇIQLAMA

Səkkiz min ərəb Bakıda QİÇS-ə yoluxub? - AÇIQLAMA

Hazırda oxunan: Səkkiz min ərəb Bakıda QİÇS-ə yoluxub? - AÇIQLAMA

239596
Azərbaycana gələn səkkiz min ərəb turistin QİÇS-ə tutulması həqiqəti əks etdirmir.

Moderator.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bildirib.

Onun sözlərinə görə, yaxın iki ay ərzində Azərbaycanda İİV-ə yoluxma ilə bağlı əcnəbilər tərəfindən heç bir müraciət olmayıb:

“Bizim könüllü müayinə mərkəzlərinə də müraciət edilməyib. Heç bir ərəbdə QİÇS aşkarlanmayıb. Ümumiyyətlə, İİV-ə yoluxan insanların sayı səkkiz min deyil. Bu, necə ola bilər? Bu cür statistik rəqəmləri nəyə əsaslanıb, yayırlar, bilinmir. Rəqəmlərin haradan götürülməsi, nə dərəcədə düzgün olması araşdırılmayıb. Kimin ağlına nə gəlir, onu da deyir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO