Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO

Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO

Hazırda oxunan: Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO
237709
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 4-də Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.

Bizim.Media xəbər verir ki, Arzu Əliyeva iftar məclisində iştirak edib. 

Ölkəmizin müxtəlif rayonlarından şəhid valideynlərinin, müharibə iştirakçılarının, ictimaiyyət nümayəndələrinin dəvət olunduğu iftar mərasimində “Qurani-Kərim”dən ayələr oxunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən oğullarının ruhuna dualar edilib.

İftar məclisində çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən oğullarının xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı naminə qəhrəmanlıqlarından danışıblar.
 

Çıxışlar zamanı, həmçinin dövlətin şəhid ailələrinə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan məmnunluq ifadə olunub, bugünkü məclisin də bunun bariz nümunələrindən biri olduğu vurğulanıb.


“Fire Land Group”un “Mənim oğlum qəhrəmandır” layihəsinin Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən budəfəki tədbiri 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf etdiyindən şəhid analarına hədiyyələr təqdim olunub. Daha sonra tanınmış incəsənət xadimləri də öz ifaları ilə şəhid analarını təbrik ediblər.

Qeyd edək ki, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri artıq 5 ildir həyata keçirilir.

Bu layihələr çərçivəsində Azərbaycanın müxtəlif yerlərində şəhid ailələri ilə birgə tədbirlər təşkil olunur.

Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 1
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 2
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 3
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 4
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 5
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 6
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 7
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 8
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 9
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 10
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 11
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 12
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 13
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 14
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 15
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 16
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 17
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 18
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 19
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 20
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 21
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 22
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 23
Arzu Əliyeva şəhid anaları ilə birgə İFTAR MƏCLİSİNDƏ - FOTO - foto 24

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO