Folklor İnstitutuna yeni direktor təyin olundu - FOTO

Folklor İnstitutuna yeni direktor təyin olundu - FOTO

Hazırda oxunan: Folklor İnstitutuna yeni direktor təyin olundu - FOTO
232167
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Filologiya elmləri doktoru Hikmət Quliyev AMEA-nın Folklor İnstitutuna direktor təyin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli yeni direktoru institutun kollektivinə təqdim edib.

Tədbirdə Folklor İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanova, şöbə müdirləri – filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, filologiya elmləri doktoru, professor Füzuli Bayat, filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər çıxış edərək AMEA rəhbərliyinin instituta yeni direktor təyinatı qərarını təqdirəlayiq hesab ediblər.

Sonda çıxış edən Folklor İnstitutunun yeni direktoru filologiya elmləri doktoru Hikmət Quliyev göstərilən etimada görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə AMEA-nın akademik-katibi akademik Arif Həşimov da iştirak edib.

Hikmət Valeh oğlu Quliyev 10 aprel 1985-ci ildə Zəngilan rayonunun Çöpədərə kəndində anadan olub. 2002-2006-cı illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin bakalavr, 2006-2008-ci illərdə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.

2010-2013-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində tyutor (akademik məsləhətçi) vəzifəsində işləmiş, 2013-cü ildən etibarən AMEA Rəyasət Heyətinin elmi katibi vəzifəsində çalışır. Eyni zamanda, AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisidir.
 

2015-ci ildə AMEA Folklor İnstitutunda “Azərbaycan folklorunda Müdrik Qoca arxetipi” mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2024-cü ildə “İnternet folkloru: nəzəri-metodoloji kontekst və folklorik məna yaradıcılığı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.


Filologiya elmləri doktoru Hikmət Quliyev 6 kitabın, respublikada və xaricdə nəşr olunmuş 60-a yaxın elmi məqalənin müəllifi və bir sıra beynəlxalq konfransların iştirakçısıdır. Onun İnternet folkloruna dair beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) məqalələri çap olunub.

Ailəlidir, iki övladı var.

Folklor İnstitutuna yeni direktor təyin olundu - FOTO - foto 1
Folklor İnstitutuna yeni direktor təyin olundu - FOTO - foto 2
Folklor İnstitutuna yeni direktor təyin olundu - FOTO - foto 3
Folklor İnstitutuna yeni direktor təyin olundu - FOTO - foto 4
Folklor İnstitutuna yeni direktor təyin olundu - FOTO - foto 5
Folklor İnstitutuna yeni direktor təyin olundu - FOTO - foto 6
Folklor İnstitutuna yeni direktor təyin olundu - FOTO - foto 7
Folklor İnstitutuna yeni direktor təyin olundu - FOTO - foto 8
Folklor İnstitutuna yeni direktor təyin olundu - FOTO - foto 9

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO