Hoteldə qadını döydü, həbs edildi

Hoteldə qadını döydü, həbs edildi

Hazırda oxunan: Hoteldə qadını döydü, həbs edildi
230658
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıdakı məşhur hoteldə qadını döyməkdə təqsirləndirilən şəxs həbs edilib.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, 1991-ci ildə Saatlı rayonunda anadan olmuş Y.İsmayılov (şərti) saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məlum olub ki, Y.İsmayılov Nizami rayonunda yerləşən "Xudafərin" hotelində dincələrkən içkili olduğundan Səkinə (şərti) adlı qadınla aralarında mübahisə yaranıb.

Zərərçəkmiş qadın Daxili İşlər Nazirliyinin "102" xidmətinə döyülməsi ilə bağlı şikayət edib.

Təqsirləndirilən şəxs isə məhkəmədə 17 yanvar 2025-ci il tarixdə gecə saatlarında "Xudafərin" hotelində olduğu vaxt bir xanımla aralarında anlaşılmazlıq olduğunu təsdiqləyib və onu döymədiyini deyib.


O, içkili olduğu üçün nə etdiyini bilmədiyini də etiraf edib.

Məhkəmənin qərarı ilə Y.İsmayılov səkkiz gün müddətinə həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO