Bu rayonlarda yağış yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

Bu rayonlarda yağış yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

Hazırda oxunan: Bu rayonlarda yağış yağıb, güclü külək əsib – FAKTİKİ HAVA
230102
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yanvarın 15-i saat 11:30-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, yanvarın 15-i saat 11.30-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz, lakin bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olub.
 

Belə ki, düşən yağıntının miqdarı Lənkəranda 3, Quba, Astara, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Xaçmaz, Qusar, Xaltan, Qobustan, Şamaxı, Qrızda 2, Bakıda və Abşeron yarımadasında isə 1 mm olub.


Yanvarın 14-də şimal-qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Zəngilanda 21 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib.

Sumqayıt, Naxçıvan, Şərur, Gəncə, Naftalan, Şəmkir, Qax, Şəki, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Astara, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 1 dərəcəyə yaxın istidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO