Vətən Müharibəsi Qəhrəmanı ilə görüş keçirildi – FOTO

Vətən Müharibəsi Qəhrəmanı ilə görüş keçirildi – FOTO

Hazırda oxunan: Vətən Müharibəsi Qəhrəmanı ilə görüş keçirildi – FOTO
229521
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yanvarın 10-da Qusar Rayon İcra Hakimiyyətində icra başçısı Sahir Məmmədxanov Vətən Müharibəsi Qəhrəmanı mayor Renat Şıxnəbiyev ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə icra başçısı 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi qələbədən, igid oğullarımızın misilsiz şücaətindən söz açıb, Vətən torpaqları uğrunda vuruşaraq şəhidlik zirvəsinə ucalan hərbçilərimizə Allahdan rəhmət diləyib, qazilərimizə və Vətən müharibəsi iştirakçılarına can sağlığı arzu edib.

Qeyd edək ki, Renat Şıxnəbiyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2012-ci ildə “Leytenant” hərbi rütbəsi alan Renat Şıxnəbiyev Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində “xüsusi təyinatlı” ixtisası üzrə təhsilini davam etdirib, 2021-ci ildə tabor komandirinin müavini vəzifəsinə təyin olunub. Ardıcıl olaraq “baş leytenant”, “kapitan”, “mayor” rütbələrinə layiq görülən cəsur döyüşçümüz “95 illik yubiley” medalı, “100 illik yubiley” medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “İgidliyə görə”, “Şuşanın azad olunması”, “Füzulinin azad olunması”, “Xocavəndin azad olunması” medalları ilə, eləcə də ən yüksək ali mükafat olan “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunub. Vətən Müharibəsi Qəhrəmanı R.Şıxnəbiyev müharibə veteranlarına göstərilən diqqətə görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirib.

Vətən Müharibəsi Qəhrəmanı ilə görüş keçirildi – FOTO - foto 1


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO