Yeni metro stansiyaları hansı istiqamətlərdə olacaq? - VİDEO

Yeni metro stansiyaları hansı istiqamətlərdə olacaq? - VİDEO

Hazırda oxunan: Yeni metro stansiyaları hansı istiqamətlərdə olacaq? - VİDEO
229309
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyevin metro stansiyaları ilə bağlı çıxışından sonra hər kəsi bir sual maraqlandırır.

Yeni inşa olunacaq 10 yeni metro stansiyası paytaxtın hansı istiqamətlərində olacaq? Yeni stansiyaların nə vaxt istifadəyə verilməsi planlaşdırılır?

Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, inşaat mühəndisi Azər Axundovun sözlərinə görə, bu 10 stansiya bənövşəyi xətdən Ağ Şəhərə, yaşıl xətdən isə "Həzi Aslanov" stansiyasına kimi uzadılacaq:

"B4" hazırda tikilməkdə olan stansiyadır. Heydər Əliyev İdman Kompleksinin arxasında yerləşir. "B5" stansiyası təxminən Xarici İşlər Nazirliyinin, "B6" stansiyasi isə "Hökumət evi"nin arxasında planlanır. Arada isə "Sahil" keçid stansiyası olacaq, o da "Sahil" stansiyasının yanında düşünülür.

"B7" "Xətai" stansiyası ilə keçid, "B8" stansiyası da Ağ Şəhərin Babək prospekti hissəsinə tərəf düşən hissəsi olmalıdır. "Y15", "Y16", "Y17" stansiyaları da "Xətai" ilə "Həzi Aslanov" arasında 8 Noyabr prospekti boyunca yerləşəcək", - deyə o bildirib.

"Y14" stansiyası isə Ağ Şəhər ərazisinə düşür. Bununla da 2030-cu ilə qədər Bakıda stansiyaların sayı 37-yə çatdırılacaq.

Ətraflı süjetdə:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO