Teymur Qarayev və Tuqay Rəhimli yüksək vəzifəyə TƏYİN OLUNDULAR

Teymur Qarayev və Tuqay Rəhimli yüksək vəzifəyə TƏYİN OLUNDULAR

Hazırda oxunan: Teymur Qarayev və Tuqay Rəhimli yüksək vəzifəyə TƏYİN OLUNDULAR
229040
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baş Prokurorluqda təyinatlar olub.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Teymur Qarayev Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifəsinə təyin edilib.

2013-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Teymur Qarayev əvvəllər Xətai rayon prokurorluğunun müstəntiqi, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifələrində işləyib.

Həmçinin Teymur Qarayev digər bir sıra ictimai rezonans doğuran və ağır cinayət hadisələrinin ibtidai istintaqını aparıb.

Digər müvafiq əmrlə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Tuqay Rəhimli Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin edilib.

2019-cu ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Tuqay Rəhimli əvvəllər Gəncə şəhər və Binəqədi rayon prokurorluqlarında müstəntiq vəzifələrində işləyib.

London Universitet Kollecində (UCL) magistr təhsili almış Tuqay Rəhimli 2 ildən artıq müddətdə Avropa İnsan Hüquqları Məhkəməsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO